Haqqımızda

XOŞ GƏLMİSİnİz!

PVC qapı və pəncərə profillərinin istehsalı

Rahat İnşaat”dan “AKS MMC”yə gedən yol. Şirkətimiz “Rahat İnşaat” adı ilə 2010-cu ildə fəaliyyətinə PVC aksesuarlarının və profillərinin satışı ilə başlamışdır. İş əxlaqını və dürüstlüyü daima ön planda tutan şirkətimiz zaman keçdikcə bazarda rəğbət qazanmaya başladı. Müştərilərimizlə daima şəffaflıq və yoldaşlığı ön planda tuttuq. Bu səmimi yaxlaşımlar bizi daha da həvəsləndirdi. Hər keçən il hədəfimiz yeni ilin bir öncə ki ildən daha uğurlu olması idi. 2019-cu ilə qədər Rahat inşaat adını ucaldaraq işimizdəki disiplin ilə davam etdik. Sektorda dəyişən ehtiyaclara və müştərilərimizin tələblərinə uyğun olaraq gələcəyə yönəlik addımlar atdıq. 2019-cu ildə biz öz fabrikimizi qurduq. Diqqətimizi PVC qapı və pəncərə profillərinin istehsalına yönəltdik. Öz istehsalımızla müştərilərimizə keyfiyyətli, dözümlü və estetik məhsullar təqdim etməyi öz missiyamız kimi qəbul etmişik. Şirkətimizdə istehalda istifadə olunan avadanlıqlar son texnoloji avadanlıqlardır və Türkiyədə istehsal olunaraq ölkəmizə gətirilmişdir. Sadəcə avadanlıqlar deyil hal-hazırda istehsalda istifadə olunan xam mallarda Türkiyədən gəlməktədir. Biz Azərbaycanda, Türkiyə istehsalı olan PVC aksesuarlarının birə-bir bənzərini istehsal edirik. Keyfiyyət olaraq Azərbaycanda bu sahənin öncüsü olmaq niyyətindəyik. Şüarımız yenilik olduğu üçün növbəti illərdə də işimizlə bağlı ölkəmizdə bir çox yeniliklər etmək niyyətindəyik. Bunun üçün biz daima çalışırıq və daima çalışacağıq. Müştərilərimizin gözləntilərini qarşılamğı və hər bir layihədə ən yaxşı xidməti təqdim etməyi hədəfləyirik.

Təcrübə & Məsuliyyət

Peşəkarlıq, dürüstlük və davamlı təkmilləşdirmə ilə çalışaraq.

Öncəliyimiz

Müştəri məmnuniyyəti, şəffaflıq və keyfiyyət işimizin əsas prinsipləridir.

Hədəfimiz

Sektorda uğurlarımızı artırmağa və daha geniş müştəri bazasına çatmaq əsas hədəflərimizdən biridir.

Qürurla
təqdim edirik !!

Proyektlər

0

Müştərilər

0+

Çalışanlar

0+

Mükafatlar

0
HAQQIMIZDA

Dostlarımız nə deyir?

Siz 10 dəqiqə içində
müraciət ünvanlaya bilərsiniz!

Hər bir müraciət, tərəfimizdən xüsusi olaraq dəyərləndirilir.

Zəng tələb edin